ABŞ hökuməti İranın pilotsuz təyyarə istehsalı proqramını dəstəkləyən 10 müəssisə və 4 fiziki şəxsə sanksiya tətbiq edib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Barələrində sanksiya tətbiq edilən qurumlar İran, Malayziya, Honq-Konq və İndoneziyada yerləşirlər.

Sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslər arasında “Kavan Elektroniks Behrad” şirkətinin İdarə Heyətinin sədri Hüseyn Hatifi Ərdəkani və Müdafiə Nazirliyinin “Saman” Sənaye Qrupu da var.