Ukrayna Silahlı Qüvvələri bu ilin yazında yeni əks-hücum əməliyyatına başlayacaq.

BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O bildirib ki, Rusiyanın hücum imkanları yazda tükənəcək, bunun ardınca Ukraynanın hücumu başlayacaq.

O, Rusiyanın qış hücumları zamanı Luqansk və Donetskin sərhədlərinə çatmağı hədəflədiyini, lakin buna nail olmadığını da əlavə edib.