Ukraynaya yardım edəcəyik, lakin indi... - Kanada
Kanada hökuməti hazırda Ukraynaya maliyyə yardımı göstərməyə davam etmək üçün çalışır, lakin hazırda elan ediləcək heç nə yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo deyib.
"Kanada həqiqətən də müttəfiqlərimizlə Ukraynanın ehtiyac duyduğu çoxillik dəstəyi davam etdirməyi öhdəsinə götürüb. Bunun üzərində işləyirik. Zamanı gələndə, elan edəcəyik”, - deyə o bildirib.