Böyük Britaniya NATO müttəfiqlərinə Alyansın Ukraynaya ekspedisiya qüvvələrinin göndərilməsini təklif edib.

BUTA.TV xəbər verir ki, bu barədə məlumatlı mənbə RİA Novosti-yə bildirib.

Həmçinin, Kiyev hakimiyyətinin nəzarətində olan ərazilər üzərində uçuşa qadağa zonası yaradılması məsələsinin də nəzərdən keçirilməsi təklif olunub.

“London başa düşür ki, NATO-ya üzv olan ölkələrin əksəriyyətinin bu cür tədbirləri dəstəkləmək ehtimalı azdır”, -mənbə qeyd edib.