Türkiyədə fabrikdə güclü yanğın - Video
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda ətir və boya istehsal edilən fabrikdə yanğın baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə vilayət valisi Səttar Yavuz məlumat yayıb.
O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbləri araşdırılır.