Ötən il 480 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 45,4 % çoxdur. Bununla da Azərbaycan vətəndaşları Rusiyaya səfər edən əcnəbilər arasında ilk 10-luqda yer alıblar.

Ümumilikdə ötən il Rusiyaya gedən xarici turistlərin sayı əvvəlki illə müqayisədə təxminən 18,6 % artaraq 15,48 milyon nəfər təşkil edib.