Qəzzada 6 həftəlik atəşkəs təklif edilir: tələblər...
Qəzza zolağında 6 həftəlik atəşkəs təklifi edilib.
BUTA.TV xəbər verir ki, bu barədə təklifi İsrail-HƏMAS münaqişəsinin tənzimlənməsində vasitəçi kimi iştirak edən tərəflər irəli sürüblər.
Məlumata görə, atəşkəs qarşılığında HƏMAS-ın girov saxladığı 36 nəfəri sərbəst buraxması, İsrailin də öz növbəsində həbsxanalarda saxladığı fələstinli məhbusları azad etməsi tələb edilir.