AB istədi, İtaliya gəmilərin təhlükəsizliyini üzərinə götürdü
Qırmızı dənizdə gəmilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Avropa Birliyi missiyasının komandanlığı İtaliyaya həvalə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə İtaliya müdafiə naziri Quido Krozetto bildirib.
O qeyd edib ki, AB İtaliyadan Qırmızı dənizdə “Aspides” əməliyyatına rəhbərliyi üzərinə götürməsini istəyib.