SEPAH quru qoşunları bu gün İranın şimal-şərqindəki Rəzəvi Xorasan əyalətindəki Samin əl-Aimə hərbi bazasında təlimlər keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, bu təlimlər zamanı SEPAH-ın hərbi hissələri, o cümlədən artilleriya, zirehli texnika və xüsusi təyinatlılar bir sıra əməliyyat taktikası ilə hərbi fəaliyyət ssenariləri hazırlayıblar.