Rusiya bu ölkələrin sakinlərini Ukrayna torpaqlarına köçürür
Rusiya Zaporojye vilayətinin işğal olunmuş hissəsində öz vətəndaşları ilə birlikdə kütləvi məskunlaşmanı planlaşdırıb.
BUTA.TV xəbər verir ki, bunu Melitopol meri İvan Fedorov deyib.
Fedorovun sözlərinə görə, Kreml işğal olunmuş əraziləri təkcə ruslarla deyil, həm də Belarus və Qazaxıstan sakinləri ilə məskunlaşdırmağı planlaşdırır.