179 sərnişini olan təyyarə uçuş-enmə zolağından çıxdı
Litvanın paytaxtı Vilnüs hava limanında sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb.
BUTA.TV xəbər xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, təyyarədə 179 sərnişin və altı ekipaj üzvü olub. Milandan uçan təyyarənin uçuş-enmə zolağından çıxması nəticəsində Vilnüs beynəlxalq hava limanı üç saat bağlanıb.