Türkiyənin Qaziantep şəhərində polis helikopteri qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Nurdağı rayonunun Qartal kəndi ərazisində helikopterin qəzaya uğraması nəticəsində 2 pilot həlak olub, bir texnik yaralanılb.

Yaralı Qaziantep xəstəxanasına aparılıb.

Qəzanın başvermə səbəbləri məlum deyil.