Xərçəng aşkarlanan Namibiya prezidenti öldü
Xərçəng aşkar edildikdən sonra xəstəxanaya yerləşdirilən 82 yaşlı Namibiya Prezidenti Heyq Geinqob ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə Namibiya Prezident Ofisi məlumat yayıb.
Bildirilib ki, o, 4 fevral 2024-cü ildə müalicə aldığı Lady Pohamba Xəstəxanasında vəfat edib.
Qeyd olunub ki, Nazirlər Kabineti Prezidentin vəfatı ilə bağlı lazımi hökumət tədbirlərinin görülməsi üçün dərhal iclas keçirəcək.