1958-ci il finalının yeganə sağ qalmış futbolçusu da öldü
Futbol üzrə İsveç yığmasının keçmiş üzvü Kurt Hamrin 89 yaşında vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə İsveç Futbol İttifaqı məlumat yayıb.
Hamrin 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatının finalının sonuncu sağ qalmış iştirakçısı idi.