Putin maşını sürətlə sürür - Peskov
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Konstantinovski sarayındakı iqamətgahının ərazisində hərəkət edərkən özü maşın sürür.
BUTA.TV xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Putin sürətlə maşın sürür",- o bildirib.
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, dövlət başçısının təhlükəsizlik xidmətinin üzvləri bu vəziyyətdən xəbərdardırlar və belə hallarda nə etməli olduqlarını bilirlər.