Türkiyə ordusu 11 terrorçunu məhv etdi
Türkiyə ordusu Suriyanın şimalında 11 PKK terrorçusunu zərərsizləşdirib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, terrorçular “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyat bölgələrində məhv edilib.