Rusiyanın S-400-ləri dünyanın ən yaxşı uzaq mənzilli hava hücumundan müdafiə sistemidir.

BUTA.TV xəbər verir ki, bunu “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib.

“Bir sıra xüsusiyyətlərinə görə S-400 xarici istehsalçıların oxşar həllərindən dəfələrlə üstündür. S-400-ün üstünlüklərindən biri onun müxtəlif siniflərin aerodinamik və ballistik hədəflərini məhv etmək qabiliyyətinin olmasıdır. Müasir Qərb hava hücumundan müdafiə sistemləri isə demək olar ki, ballistik hədəfləri qaçırır”, - Mixeyev bildirib.