Ölkədə inflyasiya və yoxsulluq səviyyəsinin atdığına görə etiraz aksiyalarının keçirilməsi yersizdir.

BUTA.TV xəbər verir ki, bunu İranın dini rəhbəri Əli Xamenei deyib.

O, hətta bir çox ölkələri İranla müqayisə edib:

“Mən o ölkələrə səfər etməmişəm, ancaq məlumatlara görə, dünyanın bəzi böyük və məşhur ölkələrində küçədə gəzən adamlar ətraf aləmdə baş verənlərə əhəmiyyət vermir, sadəcə olaraq bir tikə çörək tapmağı düşünürlər”, - Xamenei deyib.

Onun bu çıxışı iranlı sosial media istifadəçilərinin geniş müzakirəsinə səbəb olub.

Onlar Əli Xameneidən iranlıları iddia etdiyi o məşhur və böyük ölkələrin vətəndaşları kimi yaşamağa icazə verməyə çağırıblar.