Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyevin səhhəti getdikcə yaxşılaşır.

Bu sözləri BUTA.TV-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı deyib.

“Əməliyyatdan sonra hazırda həkim nəzarəti altındadır, növbəti əməliyyat gözlənilmir. Vəziyyəti getdikcə yaxşılaşır”, - o bildirib.

Qeyd edək ki, Cavanşir Quliyev bir müddət öncə beyninə qaz sızması səbəbindən İstanbulda xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Müəllimlərin maaş artımı ilə bağlı qayda dəyişir -  İmtahan ayından hesablanma dayandırılır Müəllimlərin maaş artımı ilə bağlı qayda dəyişir - İmtahan ayından hesablanma dayandırılır