Türkiyənin sevilən rok ifaçısı Bakıya gəlir
Türkiyənin məşhur müğənnisi Teoman Bakıda konsert verəcək.
Kult.az xəbər verir ki, bu barədə “İticket.az” saytı məlumat yayıb.
Məlumata görə, konsert 8 mart tarixində “Bakı Konqres Mərkəzi”də baş tutacaq.
Konsert üçün biletlərin qiyməti minimum 55, maksimum isə 400 manatdır.