Paşinyan Mi6-nın rəhbəri ilə görüşdü
Almaniyanın Münhen şəhərində səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin (Mİ6) rəhbəri Riçard Murla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin məlumatında deyilir.
Görüşün təfərrüatı açıqlanmır.
Qeyd edək ki, Paşinyanı səfərdə xarici işlər naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyan müşayiət edir.