Xoşqədəm Hidayətqızı aparıcısı olduğu verilişdə ailə üzvlərini qətlə yetirən Əhmədov Əhmədlə bağlı bəzi iradlar səsləndirib.

O Əhmədin necə sürücülük vəsiqəsi və digər sənədləri əldə etdiyi barədə suallar səsləndirib. Onun çıxışına Yazıçı Kəramət Böyükçöl sosial media hesabına cavab verib.  "Xoşqədəm verilişdə bar-bar bağırır ki, 5 nəfəri öldürən Əhməd sürücülük vəsiqəsini nətər alıb?Biri ona desin ki, sən necə almısansa, o da elə alıb" -  Kəramət Böyükçöl yazıb.