Ermənistan Milli Təhlükəsizlik Xidməti Zəngəzur rayonunun Tex kəndi yaxınlığında sərhədi keçən azərbaycanlı hərbçinin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.​ Məlumata görə, hadisə çərşənbə günü saat 05:15 radələrində baş verib:

“Azərbaycan əsgərində 1 ədəd patronlu “Kalaşnikov” avtomatı olub”.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.