Bərdədə ağır qəza: ölənlər və yaralılar var
Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobillə "Mersedes" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.
Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.