Azərbaycanla Türkiyə arasında ortaq universitet olan Türkiyə-Azərbaycan Universiteti haqda maraqlı videoçarx hazırlanıb.

BUTA.TV xəbər verir ki, videoçarxda 2024-cü ildə fəaliyyətə başlayan universitetin üstünlükləri barədə geniş izah verilib.

Bildirilib ki, hazırda universitetdə 3 ixtisas üzrə tədris aparılır.

İki qardaş ölkənin prezidentlərinin təşəbbüsü ilə yaradılmış və hazırda ölkəmizdə fəaliyyət göstərən bu universitetdə tədris tamamilə ingilis dilindədir.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetində təhsil dövlət hesabınadır.

Həmin videoçarxı təqdim edirik: