Bayıl və Badamdar sakinlərinin diqqətinə!
Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə BUTA.TV-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 13-də saat 10:00-dan işlər yekunlaşanadək qazın verilişində fasilələlər olacaq.