Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Ukraynaya səfəri Kiyevə edilən hücumlar səbəbindən təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə jurnalist Aleks Raufoğlu özünün X səhifəsində məlumat yayıb.
“Stiv Uitkoff və Cared Kuşnerin Ukraynaya səfəri təxirə salınıb, amma ləğv edilməyib”, - jurnalist bildirib.
Qeyd edək ki, dünən TASS mənbəyə istinadla ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Kiyev və Moskvaya səfərlərinin təxirə salındığını bildirmişdi.