Litva Xarici İşlər Nazirliyinin binasında yanğın baş verib.

BUTA.TV xəbər verir ki, Litva Yanğından Mühafizə və Xilasetmə Departamenti məlumat yayıb.

Məlumata görə, binanın havalandırma şaxtasında nasazlıq baş verib və elektrik mühərriki yanıb.

Yanğın qısa müddətdə nəzarətə götürülüb.

Hadisə yerinə yanğınsöndürənlərlə yanaşı, polis və təcili tibbi yardım əməkdaşları da cəlb olunub.