Qazaxıstanda hökumət istefaya göndərilib.

BUTA.TV xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev fərman imzalayıb.

Fərmana əsasən, Qazaxıstan hökumətinin üzvləri Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini icra edəcəklər.

Qeyd edək ki, avqustun 23-də Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya seçkilər keçirilib.