Rusiyanın İrkutsk vilayətindəki Kovıktinsk qaz-kondensat yatağında qaz boru kəmərində partlayış baş verib.

BUTA.TV Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Partlayışın səbəbi məlum deyil. Hadisə sınaq işləri zamanı baş verib.