Sentyabrın 1-nə keçən gecə Rusiyanın Ukraynaya hücumu nəticəsində 12 nəfər həlak olub.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Hücum nəticəsində bir Hindistan vətəndaşı da daxil olmaqla, ümumilikdə 12 nəfər həlak olub, onlarla insan yaralanıb. Bir çox şəhər və icmada dünən gecədən bəri Rusiya hücumunun nəticələrinin aradan qaldırılması işləri davam edir: təkcə Kiyevdə və ətraf bölgədə təxminən 350 xilasedici çalışır”, - o bildirib.