Bu ölkə Rusiya ilə avtobus reyslərini tamamilə dayandırır
Latviya Nəqliyyat Nazirliyi gələn ildən etibarən Rusiya və Belarusa beynəlxalq sərnişin avtobusu reyslərinin tamamilə dayandırılması ilə bağlı düzəlişlər hazırlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Delfi” agentliyi məlumat yayıb.
Məlumata görə, qadağa həmçinin Latviyadan keçərək bu ölkələrə gedən tranzit marşrutlarına da şamil ediləcək.