ARDNŞ-də ağlaya-ağlaya təqaüdə çıxırlar - Deputat

14:42 - 29 Mart 2024 - GÜNDƏM

 ARDNŞ-də ağlaya-ağlaya təqaüdə çıxırlar - Deputat

Azərbaycanda son 20 ildə 700-dən çox tibb müəssisəsi tikilərək istifadəyə verilib. Azərbaycanda tibbin səviyyəsi heç də aşağı deyil.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, heç bir ölkədə insanları ildə 2 dəfə pulsuz müayinədən keçirmək məsələsi yoxdur:

“Amma bu, Azərbaycanda həyata keçirilir. Prezident müraciət edir ki, insanlar ildə 2 dəfə müayinədən keçsin”.

Bu xəbər hal-hazırda çox oxunur
"4 dəqiqəyə 7 min qazanıram" - VİDEO

Deputat pensiya yaşı məsələsində bölgüyə gedilməli olduğunu diqqətə çatdırıb:

“65 yaşında heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. Xahiş edirlər ki, müddət uzadılsın. Neft Şirkətində isə 65 yaşında təqaüdə göndərilən ağlaya-ağlaya gedir. AMEA-da, dövlət qulluğunda çalışanlar da 65 yaşda təqaüdə getmək istəmir. 65 yaşında kişi gedib bina tikə bilməz, daş qaldıra bilməz. Amma 65 yaşında kişi auditoriyaya girib mühazirə oxuya bilər”.

Deputat Sabir Rüstəmxanlı isə həmkarının fikri ilə razılaşmayıb:

“Təqaüdə çıxmaq insanı işdən məhrum etmək deyil. Sadəcə insanlar istəyir daha tez təqaüdə çıxsınlar, imkanları olsa, yenə də işləsinlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol