Məlum olduğu kimi, Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib.
“BUTA.TV” xəbər verir ki, universitetlə bağlı Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Bunun ardınca təhsil olcağının fəaliyyətini dayandıracağı haqda media subyektlərində xəbərlər yayılıb.
Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, sözügedən ali məktəblə bağlı quruma hələlik heç bir müraciət ünvanlanmayıb.
Tələbələr isə yayılan xəbərlər öz təsdiqini tapdığı halda diplomlarının tanınıb-tanınmayacağı, habelə, təhsillərini necə davam etdirəcəkləri ilə bağlı narahatlıq içindədirlər.
Ətraflı “Baku TV”nin videomaterialında:
- Tiktokda küçə söyüşləri söyən qadınla bağlı qərar
- Gürcüstanda enerji böhranı: Bakı-Tiflis qatarı da yolda qaldı
- Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
- Onların həyatı təhlükədə: Hər an ölüm baş verə bilər...
- Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
- “Mersedes” körpüdən aşdı, keçidə düşdü: 2 nəfər... - Video
- "Şuşa şəhərciyi"ndə "Al Market" yanır - Foto
- “Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin