Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

16:36 - 29 Mart 2024 - GÜNDƏM

 Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, bu vəziyyətə çatana qədər Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini özü bərpa etməli oldu:

“Azərbaycan həqiqətən də bunu etməyə məcbur idi. Çünki biz ikili standartlarla, xarici hərbi təcavüz və hərbi işğal siyasəti ilə yanaşı, separatizmin təşviqi ilə də üzləşmişdik. Yenə də, hər bir ölkə kimi bu, Azərbaycan üçün də qəbuledilməz idi.

Bu xəbər hal-hazırda çox oxunur
"4 dəqiqəyə 7 min qazanıram" - VİDEO

Biz sülh və təhlükəsizliyi təmin etmişik. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub".

“Biz (Azərbaycan və Ermənistan) sülh sazişi ilə bağlı irəliləyiş əldə edirik. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh Azərbaycanla Ermənistan arasındadır, çünki bu region bizə məxsusdur. Vaşinqtonda, Brüsseldə, Parisdə yox, iki ölkə arasında Cənubi Qafqaz regionunda sülh təmin edilməlidir”, - o bildirib.

H.Hacıyevin fikrincə, Bakı və İrəvan qarşıdurma səhifəsini çevirib irəli getməli, həmçinin sülh sazişinə görə məsuliyyəti gücləndirməlidir:

“Ola bilsin ki, bu, uzun proses olacaq”.

Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Azərbaycanın hədəfi Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməkdir:

“Biz hərbi işğalın hədəfi olmasına baxmayaraq, sülh sazişinin mətnini hazırladıq, sülh sazişinin 5 fundamental prinsipini də formalaşdırdıq. Biz irəliləyirik, amma təəssüf ki, regional əməkdaşlığa, sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol