Martın 30-da Yeni Kaledoniyada “La Voix du Caillou” jurnalında “Sakit Okeana xarici müdaxilə: Fransa vəziyyəti yaxından izləyir” adlı məqalə işıq üzü görüb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin portreti olan şəkil jurnalın üz qabığında əsas xəbər kimi dərc olunub.
Məqalədə Azərbaycanın Yeni Kaledoniya xalqına dekolonizasiya işindəki haqlı mübarizəsinə verdiyi dəstək xatırlanır. Qeyd olunur ki, Yeni Kaledoniya xalqı Azərbaycanın Prezidenti və Azərbaycan xalqına öz təşəkkürünü ifadə etmək üçün Azərbaycanın Bayrağı və Dövlət başçımızın Dəmir Yumruq portretini qaldırır. Yeni Kaledoniya Parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie Line Sakilia-nın Fransa əleyhinə aksiyada çıxışı xüsusilə qeyd olunur.
Qeyd edək ki, M.L.Sakilia martın 21-də Yeni Kaledoniyanın mərkəzi meydanında keçirilən geniş etiraz aksiyasında Azərbaycan, eləcə də Bakı Təşəbbüs Qrupuna göstərilən dəstəyə görə təşəkkürünü ifadə etmək üçün video müraciət yaymışdı.
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
- Onların həyatı təhlükədə: Hər an ölüm baş verə bilər...
- “Mersedes” körpüdən aşdı, keçidə düşdü: 2 nəfər... - Video
- "Şuşa şəhərciyi"ndə "Al Market" yanır - Foto
- “Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Prezident Yevdayevi təltif etdi
- Prezidentdən Milix Yevdayevlə bağlı - Sərəncam
- Bakıda küçələr yuyuldu - Foto