5 aprel tarixi yaxınlaşdıqca Kremlin Ermənistan Baş naziri Nikol Paşinyana təzyiqi artıb. Moskvada hesab edirlər ki, 5 aprel tarixində Brüsseldə Paşinyanla görüşəcək ABŞ və AB rəsmiləri Ermənistana təhlükəsizlik təminatı verəcəklər. Bu isə Rusiyanın Ermənistanda sıxışdırılmasının rəsmi elanı olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Kreml Ermənistandakı səfiri Sergey Kopırkin vasitəsilə Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsini və sərhəddə müşahidə postları quraşdırılmasını onlardan məhz Paşinyanın xahiş etdiyini xatırladıb:
“Buna baxmayaraq, Kopırkin erməni tərəfinin heç vaxt Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini qanuniləşdirmək istəmədiyini bildirib. Yəni səfir Paşinyana demək istəyib ki, Ermənistan sərhədini Azərbaycanın həmləsindən Rusiya qoruyub. Rusiya səfirinin başqa bir xəbərdarlığı ABŞ rəsmilərinin bəyanatları ilə bağlıdır: “ABŞ-ın Ermənistanla münasibətlərə məhz Rusiya və İranla qarşıdurma kontekstində baxması çox pisdir, çox təhlükəlidir. Bu, həqiqətən də bizim münasibətlərimizə real xələl gətirə biləcək bir məsələdir”.
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
Kreml Ermənistandakı səfirini yenə ona görə danışdırıb ki, Nikol Paşinyan 5 apreldə Brüsselə gedərkən Rusiyanın Ermənistan üçün etdiklərini və edə biləcəklərini unutmasın”.
- Onların həyatı təhlükədə: Hər an ölüm baş verə bilər...
- “Mersedes” körpüdən aşdı, keçidə düşdü: 2 nəfər... - Video
- "Şuşa şəhərciyi"ndə "Al Market" yanır - Foto
- “Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Prezident Yevdayevi təltif etdi
- Prezidentdən Milix Yevdayevlə bağlı - Sərəncam
- Bakıda küçələr yuyuldu - Foto