Lars yolu yenidən bağlandı

12:06 - 31 Mart 2024 - GÜNDƏM

 Lars yolu yenidən bağlandı

Hərbi Gürcüstan Yolu ilə ağır yük maşınlarının hərəkəti pis hava şəraiti ilə əlaqədar dayandırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.

“Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzlüyü, həmçinin Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınaraq Vladiqafqaz - Lars istiqamətində ağır tonnajlı avtomobillərin hərəkəti qadağan edilib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, qadağa saat 31 mart saat 02:00-dan (Bakı vaxtı ilə saat 03:00) növbəti əmrə kimi tətbiq edilib.

Bu xəbər hal-hazırda çox oxunur
"4 dəqiqəyə 7 min qazanıram" - VİDEO

Qeyd edək ki, Hərbi Gürcüstan Yolu Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol