Aprelin 2-də xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Azərbaycanda səfiri Vladislav Kanevski ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən BUTA.TV-a bildiriblər ki, görüşdə Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf etdiyi xüsusilə qeyd olunub.
Görüşdə Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib.
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Kanevskiyə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
- Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
- 53 yaşlı kişini qatar vurdu: meyit tanınmaz hala düşdü
- Avropadakı vətən xainlərini kim maliyyələşdirir?
- Bakıya uçan taksilər nə vaxt gələcək? - Ekspert
- Nəhəng təyyarə 17 min kilometri fasiləsiz uçdu - 19 saata - Fotolar
- Növbəti DÇ tarix yazacaq - Bir əsrlik mundialda gözlənilməz dəyişikliklər
- Prezidentin qızına xəyanətini qəzetdə elan vermişdi - 644 milyon ödəyəcək
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi