Planetin ən yaşlı kişisi öldü, prezident başsağlığı verdi

11:20 - 3 Aprel 2024 - GÜNDƏM

 Planetin ən yaşlı kişisi öldü, prezident başsağlığı verdi

Planetin ən yaşlı kişisi, Venesuela sakini Xuan Visente Peres Mora 114 yaşında vəfat edib.

BUTA.TV xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro məlumat verib.

“Dünyanın ən yaşlı adamı kimi Ginnesin Rekordlar Kitabına düşən Xuan Visente Peres Mora 114 yaşında vəfat edib. Onun ailəsini qucaqlayır və doğulduğu El Kobre şəhərinin bütün sakinlərinə başsağlığı verirəm”, - Maduro bildirib.

“El Nasional” nəşrinin məlumatına görə, Peres Mora tənəffüs yollarının ağırlaşması səbəbindən vəfat edib.

4 fevral 2022-ci ildə o, 112 yaşında dünyasını dəyişən ispan Saturnino de la Fuente Qarsiyanı qabaqlayaraq dünyanın ən yaşlı adamı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Perez Mora uzunömürlülüyünü daimi iş, yaxşı istirahət, erkən yuxu və gündəlik bir stəkan brendi ilə əlaqələndirirdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol