Əslən Güney azərbaycanlı olan tanınmış xanım idmançı Kimya Əlizadə Bolqarıstanın taekvondo üzrə milli komandasının üzvü olub.
BUTA.TV xəbər verir ki, bu barədə Bolqarıstan Taekvondo Federasiyasının rəhbəri Slavi Banev məlumat yayıb.
O, Almaniya, Belçika və başqa bir neçə ölkənin Kimya Əlizadəni öz komandalarına dəvət etmələrinə baxmayaraq, azərbaycanlı idmançının Bolqarıstanı seçdiyinə görə ona təşəkkür edib.
“Sənədləri tez hazırlamaq üçün hökumətlə əlaqə saxlayırıq. Yaxın bir neçə gün ərzində hökumətdən maksimum dəstək gözləyirik”, - o bildirib.
Xanım idmançının Bolqarıstanın milli yığmasına qoşulması bu ölkənin dövlət televiziyası və mediası tərəfindən də geniş işıqlandırılıb.
Qeyd edək ki, K.Əlizadə 1998-ci ildə İranın Kərəc şəhərində azərbaycanlı ailəsində anadan olub. Atası Şərqi Azərbaycanın Zunuz şəhərindən, anası isə Ərdəbil şəhərindəndir. O, taekvondo və İran qadın idmanı üzrə ölkə və beynəlxalq miqyasda 6 tarixi rekorda imza atıb. İranın Olimpiya oyunlarında medal alan yeganə qadın idmançısı K.Əlizadə 2020-ci ilin yanvarında İranın idmançılardan siyasi məqsədlərlə istifadə etdiyini söyləyib, bu sistemin ədalətsizliyini və riyakarlığını qınayıb və ölkəni həmişəlik tərk etdiyini bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu