Botsvana Almaniyanı 20 min fillə hədələdi

17:44 - 3 Aprel 2024 - GÜNDƏM

 Botsvana Almaniyanı 20 min fillə hədələdi

Afrikaya ov avadanlığının ixracını məhdudlaşdırmaq təşəbbüsündən əl çəkməyəcəyi təqdirdə Almaniyaya 20 min fil göndərəcəyik.

BUTA.TV xəbər verir ki, bunu Botsvana Prezidenti Mokvetsi Masisi deyib.

“Fil sürüləri insanları tapdalayır, əkinləri məhv edir, kəndləri viran qoyur. Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir bildirmək çox asandır. Almaniya Afrikadakı filləri qorumaq təşəbbüslərini irəli sürməyə davam edərsə, Botsvana ölkəyə 20 min fil göndərəcək”, - o bildirib.

Qeyd edək ki, Botsvanada dünya fillərinin təxminən üçdə biri məskunlaşıb. Ölkədə 130 minə yaxın fil yaşayır. 2014-cü ildə fil ovuna qadağa qoyulsa da, bu heyvanların sayının kəskin artması və yerli əhalinin tələbləri səbəbindən 2019-cu ildə qadağa götürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol