İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda hava hücumundan müdafiəni gücləndirmək üçün ehtiyatda olan qüvvələrini çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb. “Vəziyyəti qiymətləndirdikdən sonra ÇAXAL şəxsi heyəti artırmaq və hava hücumundan müdafiə sistemini gücləndirmək üçün ehtiyat qüvvələri cəlb etmək qərarına gəlib”, - məlumatda qeyd olunub.
“Voksnyus” portalı da ABŞ kəşfiyyatına istinadla yazıb ki, İran Livan və Suriyadakı konsulluq binasına hücuma cavab olaraq, 48 saat ərzində İsrailə cavab zərbələri endirəcək. Kəşfiyyat İranın ilk hücumda İsrailə zərbə endirmək üçün yüzlərlə dron və raketdən istifadə edəcəyini bildirib.
Portalın yazdığına görə, hazırda İran ordusu hərbi əməliyyatlara hazırlaşır.
- Sabahın hava proqnozu açıqlandı
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü