İsrailin İranın konsulluq binasına raket atəşi və Tehranın gözlənilən reaksiyası beynəlxalq aləmdə daşları yerindən oynadıb, Rusiya-Ukrayna müharibəsi arxa plana keçib.
BUTA.TV xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, İsrail-İran müharibəsinin müxtəlif ölkələrin qərarlarına təsirləri hesablanır, bu sırada ABŞ və Türkiyədən tutmuş Cənubi Qafqaz və Azərbaycana qədər dövlətlərin adları çəkilir:
“Qəzzanın aylardır bombalanmasına görə Türkiyə siyasi dairələrinin və cəmiyyətinin İsrailə nifrəti artıb. Ancaq Ankara İsrail-İran qarşıdurmasına birmənalı mövqe bildirməkdə çətinlik çəkir. Çünki İranın Suriya rejimini dəstəkləməsi və bunu Suriyadakı diplomatik və hərbi mərkəzləri tərəfindən həyata keçirməsi Türkiyədə hər zaman mənfi qarşılanıb. İsrail də məhz Suriya rejiminə xidmət edən mərkəzlərdən birinə raket zərbəsi endirib. Bundan başqa İrandakı dairələrin PKK ilə qeyri-rəsmi təmasları da məlum faktdır. Buna baxmayaraq, türkiyəli ekspertlər Suriya kimi İranın da qarışmasından ehtiyatlanaraq hesab edirlər ki, Tel-Əvivin planı məhz İranı qarışdırmaq, bu dövləti parçalayaraq Suriyanın gününə salmaqdır. Bunun isə Türkiyə üçün təhlükəli ola biləcəyi vurğulanır”.
E. Şahinoğlu vurğulayıb ki, Azərbaycan da İsrail-İran qarşıdurmasının və mümkün müharibəsinin müxtəlif nəticələrinə hazır olmalıdır:
AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır — EKSKLÜZİV
“Türkiyə kimi Azərbaycan da qonşuluğunda müharibə istəmir, ancaq Tehranın illərdir Azərbaycan əleyhinə açıq və gizli təbliğatını, Ermənistana dəstəyini, hətta indiki qarışıq vəziyyətdə İran təyyarələrinin qonşu dövlətə hərbi texnika daşımasını arxa plana ata bilmərik”.
- BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov
- Dumanın deputatı: Azərbaycandan nümunə götürün!
- Pakistan səfirindən Zəngəzur açıqlaması: Bir neçə seçim...
- BƏƏ prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi...
- Hava limanında taksi 4 dəfə bahalaşdı – AYNA isə hamını ələ salır
- Lavrov təsdiqlədi: Azərbaycan bu müsabiqəyə qatılmayacaq
- Prezidentin Şuşada verdiyi tarixi mesajlar - 15 sentyabr detalı…
- Putini bir müsahibə ilə darmadağın etdi...