Vətən müharibəsi şəhidlərinin Zəfər ilində dünyaya gələn övladları da bu il birinci sinfə qədəm qoyurlar.

BUTA.TV” xəbər verir ki, onların arasında Vətən Müharibəsi Qəhrəmanı, XTQ kapitanı İsmayıl Səmədovun oğlu Mehdi Səmədov, baş çavuş Abdurahman İsrafilovun qızı Nilay İsrafilova və əsgər Elvin Məmmədovun qızı Ahunur Məmmədova da var.

Hər 3 şəhid övladı Zaqatalada yerləşən Akademik Zərifə Əliyeva adına Liseydə təhsil alacaqlar.

Bu balaca fidanlar atalarını, demək olar ki, görməyiblər, onları şəkillərdən tanıyırlar. Atası şəhid olanda Mehdi 10 aylıq, Ahunur 7 aylıq, Nilay isə 10 günlük olub.

Qeyd edək ki, İsmayıl Səmədovun qızı Nurgül də həmin məktəbin 3-cü sinfində təhsil alır.

Gülnar Əliyeva