Türkiyənin Antalya şəhərində baş verən kanat qəzası ilə bağlı 14 şübhəli şəxsdən 5-i həbs edilib, 8-nə şərti cəza təyin edilib, bir nəfər isə sərbəst buraxılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

O bildirib ki, həbs edilən şəxslər arasında Antalyanın Kəpəz ilçəsinin Bələdiyyə sədri Məsud Kocagöz də var.

Xatırladaq ki, aprelin 12-də Türkiyənin Antalya vilayətinin Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində xəttin kabinələrindən biri qayalıq əraziyə düşüb. Hadisə zamanı bir nəfər həlak olub, on nəfər yaralanıb.

Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - Video Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - Video