Pakistan ordusunun husilərə qarşı döyüşməsi... - Çaudri
Səudiyyə Ərəbistanında yerləşən Pakistan qoşunları Yəməndəki husilərə qarşı döyüş əməliyyatlarında iştirak etmir.
BUTA.TV xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin sözçüsü, general-leytenant Əhməd Şərif Çaudri deyib.
“Səudiyyə Ərəbistanında qoşunlarımızın yerləşdirilməsinin təfərrüatı məxfi saxlanılır. Pakistan hərbi qulluqçularının bu ölkədəki istənilən addımı müdafiə xarakterli olacaq", - Çaudri bildirib.