30 sentyabrda Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsinin ikinci pilotu İsrailin Ben Qurion hava limanında terror aktı törətməyi planlaşdırırdı.

BUTA.TV xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əl-Şəmsi deyib.

"İstintaq nəticəsində məlum olub ki, Oman vətəndaşı olan ikinci pilot əvvəlcədən planlaşdırılmış terror aktı törətməyə cəhd edib. O, təyyarənin idarəsini ələ keçirmək və maksimum sayda itki vermək məqsədilə Təl-Əvivdəki Ben Qurion hava limanının sərnişin terminalında intihar hücumu törətmək niyyətində olub", - deyə o bildirib.

Pilot ekipaj və sərnişinlər tərəfindən zərərsizləşdirilib, daha sonra təyyarə Səudiyyə Ərəbistanına təcili eniş edib.

Azərbaycanda yumurta 2 DƏFƏ BAHALAŞDI – Qışda qiymətlər daha da ARTACAQ? Azərbaycanda yumurta 2 DƏFƏ BAHALAŞDI – Qışda qiymətlər daha da ARTACAQ?