Onun Putinin ad gününə getməsi əxlaqsızlıqdır - Merz
Almaniya kansleri Fridrix Merz keçmiş kansler Gerhard Şröderin Rusiya Prezidenti Vladimir Putinin ad günü şənliyində iştirakını əxlaqdan kənar hesab edir.
BUTA.TV xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Şteffen Mayer deyib.
"Onun (Putin) əmrləri hər gün Ukraynada saysız-hesabsız əzablara, ölümlərə və xəsarətlərə səbəb olur", - deyə o bildirib.
Şröderin üzvü olduğu Almaniya Sosial Demokrat Partiyası isə onun Rusiyaya sıradan vətəndaş olaraq səfər etməsi barədə məlumat yayıb.
Qeyd edək ki, ötən gün Moskvada olan G.Şröderin Kreml rəhbəri V.Putinlə görüşərək birlikdə dövlət başçısının ad gününü qeyd etmələri barədə informasiya yayılmışdı.