"Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı

00:00 - 23 Aprel 2024 - GÜNDƏM

Türkiyə Superliqasında XXXIII tura yekun vurulub.

BUTA.TV xəbər verir ki, günün yeganə oyununda çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Sivasspor"la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 45+2-ci dəqiqədə qonaqların heyətində Fred açıb. 58-ci dəqiqədə Fode Koita tablodakı rəqəmləri bərabərləşdirib. 80-ci dəqiqədə İrfan Can Kahvəci komandasını önə keçirib. Matçın yekun nəticəsini 90+4-cü dəqiqədə penaltidən Ray Manaj müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 86-ya çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. "Sivasspor" isə 45 xalla onuncu yerdədir. Turnir cədvəlinə 90 xalla "Qalatasaray" başçılıq edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol